Aybəniz Haşımova birdəfəlik səhnədən gedir?
Tarix: 28-11-2019, 10:31



Əməkdar artist Aybəniz Haşımova yaxın günlərdə verəcəyi konsert haqda danışıb. 
UlduzumSan.Az-ın məlumatına görə, ifaçı sosial şəbəkədə bildirib ki, konsertinin biletləri satılmasa səhnədən gedəcək: "Doğrudan da insanı xoşbəxt etmək üçün bəzən bir söz belə yetər... Dünən gecə uşaqlar xəbər verdi ki, solo konsertimiz onlayn bilet satışında “Çox satılanlar” sırasına yüksəlib. Bilirsiniz nə qədər mənə xoş oldu? Bu, o deməkdir ki, sən hələ bizə lazımsan, ay Aybəniz Haşımova. Bunun mənəvi tərəfi dünyaya sığmaz. Açığı deyim ki, konsertin sonunda əziz tamaşaçılarımızla halallaşıb, birdəfəlik səhnədən gedəcəkdim. Ancaq yenidən çiynimə elə bir haqq qoydunuz ki, o yükü heç nə ilə qaldırmaq, atmaq mümkün deyil. Onsuz da illərdir məni səhnədə saxlayan, məlum hadisələrdən sonra səhnəyə gətirən sizin məhəbbətiniz oldu”.
Qeyd edək ki, Əməkdar artist Aybəniz Haşımovanın konserti Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, dekabrın 6-da, saat 19:30-da baş tutacaq.



Paylaş: