100 kiloqram arıqlayan aktyor başqa birinə ÇEVRİLDİ
Tarix: 28-11-2019, 09:44



Rusiyalı aktyor Aleksandr Semçev, 100 kiloqram arıqlayıb.
“Ölkə.Az” xəbər verir ki, 50 yaşlı aktyorun sürətlə çəki atması onun səhhətində bəzi problemlər yaradıb.
"Etiraf etməliyəm ki, səhhətimdə problemlər başladı. Bu məni narahat edir", - deyə o,  açıqlamasında bildirib.
Semçevdə qəfil başgicəllənmə və ürək bulanmaları yaranıb.  Qan təzyiqi isə düşməyə başlayıb.
Bundan əlavə, Semçev cərrahın bıçağı altınada yatmalı olub. Aleksandr, üzündəki sallanan dərini əməliyyat vasitəsi ilə yığıb.
Belə problemlərin aktyorun həkim məsləhəti olmadan kortəbii arıqlaması səbəb olub.
"İnternetdə tapdığım bir qida rejimi ilə arıqladım. Qabımı üç hissəyə bölürdüm. Həkimlərlə məsləhətləşmədim, heç bir müayinədən də  keçmədim",- deyə Semçev etiraf edib.
Bunlara baxmayaraq, aktyor görünüşünün dəyişdiyinə görə peşman deyil. Bu, aktyora karyerasında daha irəliyə getməyə imkan verib.
"Hazırda 3 filmdə çəkilirəm. Bunların hər biri fərqli obrazlardır", -deyə Aleksandr öyünüb.
Qeyd edək ki, aktyor  23 yaşında çəki almağa başlayıb.  50 yaşında sənətçi 200 kiloqram ağırlığında idi. Lakin, 2019-cu ilin payızında o, tamaşaçıların qarşısına başqa biri olaraq çıxıb.
Semçev açıqlamasında 100 kiloqrama qədər çəki itirdiyini bildirib.





Image result for Александр Семчев
Image result for Александр Семчев

Paylaş: