Kraliça “Ərtoğrul” və "Osman"a aşiq olduğunu etiraf etdi...
Tarix: 28-11-2019, 08:43



Malayziya Kraliçası Əzizə Əminə Maymuna İsgəndəriyə Osmanlı dövlətinin yaranma tarixindən bəhs edən “Diriliş Ərtoğrul” və  "Quruluş Osman" seriallarına aşiq olduğunu etiraf etdi. 





Moderator.az xarici İslam saytlarına istinadla xəbər verir ki, Malayziya kraliçası bu haqda özünün “Tvitter” səhifəsində yazıb. Müsəlman xanım türk seriallarına olan ehtirasından danışıb və onlara heyranlığını dilə gətirib.

“ “Diriliş Ərtoğrul” serialının beş mövsümünü izlədim və baxmaqdan doya bilmədim. İndi «Quruluş Osman» serialını izləyirəm. Hər kəsə bu türk serialına baxmağı məsləhət görürəm. Film tamamilə İslam mövzusuna həsr edilib» -deyə kraliça yazıb.

Bundan əlavə, kraliça Əzizə sosial şəbəkələrdəki izləyicilərindən birinə "Payitaht Əbdülhəmid”   türk serialını da izləməyi məsləhət görüb. 

Onu da deyək ki, baş rolu Burak Özçivitin ifa etdiyi "Quruluş Osman” ilk seriyadan izlənmə rekordu qırıb.

Paylaş: