Tolik ATV qalmaqalından danışdı: "Turana ikinci dəfə şans verilsə də..."
Tarix: 27-09-2017, 11:30


Prodüsser Tarix Əliyev (Tolik) ATV kanalında baş verən dəyişikliklərə münasibət bildirib.
GoldNews.Az xəbər verir ki, prodüsser dünən gecə İnstaqram hesabı vasitəsilə etdiyi canlı yayımında  ATV-nin keçmiş prezidenti Vüqar Qaradağlı haqqnda xoş fikirlər səsləndirib.  Tolik yayım zamanı Qaradağlının müdafiəsinə qalxıb: "Vüqar müəllim işinə sadiq, gözəl insandır. ATV-nin yeni rəhbərliyi də yaxşıdır".
Lakin prodüsser aparıcı Turan İrahimov barədə eyni düşüncədə olmayıb. O, işində qovulan aparıcını sərt tənqid edib. Tolik bildirib ki, Turan yanlış mövqe tutub: "Mən ümumiyyətlə bu məsələyə qarışmaq istəmirəm, amma Turan düzgün danışmır. Ona ikinci dəfə şans verdilər, lakin bu dəfə də etdiyi səhvlə bütün rəhbərliyin başını iş açdı".

Paylaş: