"Neçə vaxtdır evdəyəm və televiziya kanallarımız tərəfindən heç yada düşmürəm"
Tarix: 27-11-2019, 08:49



“Bizə görə narahat olan insalara təşəkkür edirəm. Neçə vaxtdır evdəyəm və televiziya kanallarımız tərəfindən heç yada düşmürəm”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Canəli Əkbərov deyib. C.Əkbərov ona qarşı olan diqqətsizlikdən gileylənib:

“Səhhətimdəki problemlərə görə bir müddət çox əziyyət çəkdim. Çox sağ olsun Mehriban xanım Əliyeva bütün müalicə xərclərimi öz üzərinə götürdü. İndi isə evdəyəm, yenə dərmanlarımı qəbul edirəm. Artıq yaş özün göstərir, neyləmək olar? Bizə görə narahat olan insalara təşəkkür edirəm. Neçə vaxtdır evdəyəm və televiziya kanallarımız tərəfindən heç yada düşmürəm. Demirlər ki, bu adam neçə ilin muğam ustadıdı, uğur qazanmış bir sənətkardı, soruşaq görək necədi. Elə sizlər bizi axtarırsınız, çox sağ olun. 

Qeyd edək ki, son zamanlar Canəli Əkbərovla yanaşı, Arif Babayevin və Əlibaba Məmmədovun da səhhətində problemlər var. 

Paylaş: