“Niyə qaxılıb oturmusan 15-20 ildir o kresloda?” — Şeyx Əbdül deputatları tənqid etdi
Tarix: 26-11-2019, 15:11




Tanınmış rejissor, Xalq artisti Şeyx Əbdül İTV-də yayımlanan “3 D” verilişinin növbəti qonağı olub.
“Ölkə.Az” xəbər verir ki, verilişdə rejissor kino haqqında maraqlı açıqlamalar verib.
“Sizi, incəsənət xadimlərinin Prezidentlə görüşünə niyə dəvət etməmişdilər?”,- Dadaşlinskinin verdiyi bu suala ,Şeyx maraqlı cavab verib.
“Onu siz məndən soruşmayın. Bu sualı siz görüşün təşkilatçılarına və Mədəniyyət Nazirliyinə verin. Bu sualın cavabı onlardadı. Filmin ağırlığını nə aktyor, nə bəsəkar nə də digərləri götürmür. Bəstəkar filmə musiqi yazır, qonorarını alıb gedir. Filmin ağırlığı birmənalı olaraq rejissorun boynundadır.  O görüşə elə insanlar dəvət olunmuşdu ki, kinoyla nə uzaqdan nə də yaxından əlaqəsi vardı. Vallah, həmin o insanlar  gündə gəlirlər ki, bizi filmə çəkin, biz çəkmirik”.
Daha sonra rejissor Azərbaycanı Avropa ilə müqayisə edənlərə də fikir bildirib.
“O dəfə küçə ilə gedirəm, divarda çox böyük bir ekranda alt paltarları satılan mağazanın reklamı gedir. Lüt qızlar, əyinlərində alt paltarı. Buna uşaqda baxır, yaşlı da, gənc də. Nəyə lazımdı axı siz belə açıq reklam edirsiz? Qadın  məgər bilmir ki, o geyimi necə geyinmək lazımdır? Elə nə düşür, deyirlər, "Avropa...". Bəsdirin. Avropa məgər bir ölkədir? Orada 47 dövlət yerləşir. Hər vilayətin də öz qayda-qanunları var”,- deyə Xaq artisti sərt şəkildə fikrini açıqlayıb.
Bundan başqa Xalq artisti illərlə deputat olub, mandatını əldən buraxmaq istəməyən vəzifə sahiblərinə  də söz atıb:
“Tibbi cəhətdən də sübut edilib ki, əlində səlahiyyəti varsa, insan 5 il müddətinə bacardığı hər bir şeyi ortaya qoya bilər. Bax, niyə qaxılıb oturmusan 15-20 ildə o kresloda? Mütləqdi səni Prezident çağırıb deməlidir?”,-deyə Şeyx Əbdül onları sərt şəkildə tənqid edib.

Paylaş: