Röyanın qardaşı Oğuz Yılmazın "Çok Net"inə klip çəkdi
Tarix: 26-11-2019, 08:46




Xalq artist Röya Ayxanın müğənni qardaşı İsmayıl Nəcəfov Türkiyənin musiqi bazarına istiqamətlənmiş yeni klipini təqdim edib.
UlduzumSan.Az-ın məlumatına görə, müğənni sözləri və musiqisi Oğuz Yılmaza, aranjimanı isə Alper Atakana məxsus “Çok Net” adlı mahnısını ekranlaşdırmaq qərarına gəlib. O, bunun üçün klipmeyker  Orçun Mutluya müraciət edib.

Layihə üçün Avstraliyadan model Grace Connolly  dəvət olunub.  24 saata  tamamlanan çəkilişdə 30 nəfər çalışıb.
 
Məlumat üçün qeyd edək ki, Röyanın ötən il Türkiyədə çəkdirdiyi “Afaki” klipinin üzərində də eyni komanda çalışmışdı.
 
 
 

Paylaş: