Mədinə Məlik yeni mövsümə belə başladı
Tarix: 27-09-2017, 09:35


Tanınmış prodüser Mədinə Məlik yeni mövsümdən yaradıcılıq işlərinə start verib.  Prodüser  bir neçə yeni mahnını lentə yazdırır.

UlduzumSan.Az bildirir ki, bu haqda prodüserin özü açıqlama verib: "Yeni bəstə hazırlayıram. Mahnı "Ayrı düşdük" adlanır. Bəstənin musiqisi illərdi hörmət etdiyim dəyərli Millət vəkili, bəstəkar Novruz Aslana, sözləri xalq artisti Rafael Dadaşova, aranjimanı Givi Usenaşviliyə aiddir. Çox gözəl mahnıdır. Bəstəni üzürlü səbəblərə görə 1-2 günə təqdim edə bilmirəm. Mahnını tez bir zamanda  dinləyicilərin ixtiyarına verəcəm. Fikrimcə, yeni bəstəm dinləyicilər tərəfindən bəyəniləcək".
 
Qeyd edək ki, Mədinə Məlikin yeni mahnılarından birini yaxın zamanda sosial şəbəkədə təqdim edəcək.

Paylaş: