Özbəkistanda sevilən azərbaycanlı müğənnilər kimlərdir? – özbək müğənnidən maraqlı açıqlama
Tarix: 22-11-2019, 17:30



Xəbər verdiyimiz kimi, Özbəkistanın əməkdar artistləri Uluqbek Raxmatullayev, Yulduz Turdiyeva Bakıda keçiriləcək böyük konsert proqramı ilə bağlı ölkəmizdə səfərdədir. 
Musavat.com-a eksklüziv olaraq danışan Uluqbek Raxmatullayev Azərbaycan müğənniləri və mahnıları haqda maraqlı açıqlamalar verib: “Azərbaycanlı müğənnilərdən Tərlan Novxanını tanıyıram. Çünki o, mənim  ən yaxın dostumdur, bizim birlikdə duetimiz var. Ədalət Şükürovu da tanıyıram, o, hətta mənim evimdə qonaq da olub. 
Azərbaycan mahnılarından isə ən çox Tərlanın “Məni sevmir gözəl yar” mahnısını çox sevirəm. Əslində Azərbaycanın bir çox məşhur mahnılarından xəbərdaram. Onların arasında “Sarı gəlin”, “Sən gəlməz oldun” mahnılarını da çox sevirəm”.
Xatırladaq ki, bu gün Özbəkistanın əməkdar artisti, “Nixol” dövlət mükafatı laureatı Uluqbek Raxmatullayev, Yulduz Turdiyeva və türk sənətçisi Pınar Eliçe Heydər Əliyev Sarayında böyük konsert proqramı ilə çıxış edəcəklər. 
Saat 19:00-da başlanması nəzərdə tutulan konsertdə xalq artisti Mənsum İbrahimovun da iştirak edəcəyi gözlənilir. 

Paylaş: