Musiqili Teatrın aktyorunun toyu olub
Tarix: 22-11-2019, 15:59



Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Fərid Rzayevin toyu olub.
Open.az xəbər verir ki, aktyorun şad günü ilə bağlı xəbəri Teatrın mətbuat xidməti yayıb.
Noyabrın 20-də toy günü olan aktyorun bu gün doğum günüdür. Fərid Rzayev həyatının iki əlamətdar hadisəsini bir arada qeyd edib.
Fərid Rzayev 1980-ci il noyabrın 22-də Xankəndində anadan olub. 1985-ci ildən "Qarabağ Bülbülləri" ansamblının üzvü, bir neçə musiqi festivalının laureatıdır.

2007-ci ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında çalışır.
Qeyd edək ki, Fərid Rzayev "Qarabağ bülbülləri" ansamblının bədii rəhbəri Murad Rzayevin oğludur.




Musiqili Teatrın aktyorunun ad günü və  şad günü




Paylaş: