Alim Qasımov haqda kitab çıxıb
Tarix: 26-09-2017, 18:16



Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr olunan “Muğamın meracı” adlı kitab muğamsevərlərin və Alim Qasımov sənətinin vurğunlarının ixtiyarına verilib. Kitabın müəllifi Lətifəxanım Əliyevadır.
 
Nazirlikdən bildirilib ki, kitabda dünyaca məşhur muğam ifaçısı, Xalq Artisti Alim Qasımov haqqında respublikanın tanınmış şəxsiyyətlərinin müsahibələri toplanıb.
 
Bu yazılarda muğam aşiqi və fədaisi olan sənətkar müxtəlif rakurslardan göstərilir, onun oxuculara tanış olmayan xüsusiyyətləri açılır. On üç müsahibin və müəllifin (13+1) təhlil xarakterli düşüncələri sayəsində oxucu ilk dəfə olaraq Alim Qasımovu “sufi-filosof-xanəndə” tandemində muğam ifa edən sənətkar kimi “kəşf” edib tanıya biləcək.
 
“Şərq-Qərb” nəşriyyatında işıq üzü görmüş kitab Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan aidiyyəti qurumlara və kütləvi kitabxanalara paylanılacaq. /azertag.az/




Paylaş: