“Özümü çox bədbəxt hiss edirəm” — BELLA HADİD
Tarix: 21-11-2019, 17:57




Məşhur model Bella Hadid maraqlı açıqlamalar verib.
''Ölkə.Az'' xəbər verir ki, o, karyerasının başlanğıcında psixoloji problemlər yaşadığını bildirib. 
“Modellik karyerama 18 yaşımda başlamışam. Mənim üçün şöhrətə və ağır iş rejiminə uyğunlaşmaq çox çətin idi. Bu səbəbdən psixoloji problemlər yaşamışam. Mükəmməl həyatımın olmasına baxmayaraq, özümü çox bədbəxt hiss edirdim'',- deyə o, qeyd edib. 
Daha sonra Hadid fikirlərini moda sahəsində çalışan gənclərə tövsiyyə kimi bildirdiyini deyib.
“Tək istəyim bu psixoloji dövrdən keçən gənc modellərə kömək etməkdi. İndiyə qədər öz problemlərimdən danışa bilmirdim, buna hazır deyildim. İndi özümü daha yaxşı hiss edirəm”,- deyə Bella vurğulayıb.





Paylaş: