Kişilər qadınlardan bahalıdır - Müğənnilərin dodaq uçuqladan toy qiymətləri
Tarix: 21-11-2019, 15:14



Məhərrəm ayı bitən zaman restoranlar arasında keçirdiyimiz sorğu nəticəsində məlum oldu ki, bəzilərində hətta mart ayınadək  yerlərin hamısı doludur. 
UlduzumSan.Az xəbər verir ki, toyların fasiləsiz olması müğənnilərin də “gərgin” iş rejiminə keçəcəyindən xəbər verir. Maraqlıdır, Azərbaycanın ən bahalı toy müğənnisi kimdir? 
El məclislərinin əvəzedilməzlərindən olan Röya Ayxan toylara 7 min manata gedir.

Lakin bu məbləğə sadəcə 6 mahnı daxildir, əlavə mahnı isə təbii ki, əlavə ödəniş deməkdir. 
Son zamanlar ən çox tələb görən müğənnilərdən olan Damla 4 saat üçün 5 min, yarım saat üçün isə 2 min manat ödəniş tələb edir.

Sevda Yəhyayevanın toyda yarım saatlıq ifasının qiyməti isə 3 min manatdır.

Bəzi müğənnilərin yarım saatlıq ifası olduqca bahadır.“Eurovision-2011”in qalibi olan Nigar Camal da bu sırada olanlardandır. Belə ki, müğənniyə bu müddətin qarşılığında 6 min manat ödənilir.

Xatirə İslam bütöv toya ansamblı ilə birgə 10 min manata gedir.

Kişi müğənnilərə ödənilən məbləğ qadınlara nisbətən daha yüksəkdir. Məsələn, Zamiq Hüseynovun yarım saatlıq ifasının qiyməti 4 min manatdır. Ansamblı ilə toyun idarə olunması isə Xatirə İslamda olduğu kimi 10 min manata başa gəlir.

“Maral” mahnısı ilə şöhrətlənən və ən çox tələb görən müğənnilərdən olan Nadir Qafarzadənin ansamblı ilə toylara 13 min manata gedir, lakin müğənninin tək ifası 8 min manatdır.

Yarım saatlıq ifası ən baha olan müğənnilər sırasında Elçin Cəfərov də ön sıralardadır, çünki ifasının qiyməti 7 min manatdır.

Nuri Sərinləndirici isə tələb etdiyi ödənişə görə zirvədə dayanır, çünki o, toylara 22 min manata gedir, lakin müğənni ödənişi dollarla tələb edir. (Cebhe.info)

Paylaş: