"Toyda bir süfrədə otururlar, amma eyni verilişə gəlmirlər"
Tarix: 21-11-2019, 13:03



Bu gün Təranə xanım, Musa bəy bəllidir ki, 5-10 nəfər adam var ki, onlarla danışmırlar. Məsəl üçün, biri xalq artisti Könül xanım Kərimovadır.

UlduzumSan.Az milli.az-a istinadən xəbər verir ki, bu açıqlamanı "Hər şey daxil"də aparıcı Tarix Əliyev (Tolik) verib.

Ardınca küsülü həmkarlarla bağlı maraqlı bir faktı da diqqətə çatdırıb:

"Zaur efirində barışdırmaq istədi, alınmadı, amma mən bilirəm ki, Şəmkirdə toyda müğənnilər üçün stol açılıb. Orada Könül Kərimova, Musa Musayev, Cabbar Musayev, Təranə Qumral eyni süfrədə oturublar. Onlar toy sahinibə deməyiblər ki, "Biz ayrı masada oturaq, onlar burada". Burada bir masada otururlar, amma eyni verilişə gəlmirlər".

Verilişin qonağı olan Təranə Qumral Tolikin bu açıqlamasına "Mən deyim niyə?! Orada pul var, ona görə. Orada maddiyat var. O da pul qazanacaq, biz də pul qazanacağıq. O istəmir ki, desin "Təranə gəlir, mən gəlmirəm". Bəlkə fikirləşir ki, toy sahibi deyəcək ki, "Heç gəlmirsən gəlmə". O qədər pulu itirəcək onda" sözləri ilə reaksiya verib.

Paylaş: