Paris Hilton niyə “günəş“dən qaçır?
Tarix: 21-11-2019, 11:48



Amerikalı aktrisa, müğənni, dizayner, fotomodel Paris Hilton maraqlı etirafı ilə hər kəsi təəccübləndirib.
“Milliyet”in məlumatına görə, Paris hər zaman baxımlı və gözəl qalmasının sirrini açıqlayıb.
O, anasının “günəşdən uzaq dur” tövsiyəsinə əməl etdiyini bildirib.
“Günəşdən uzaq qalmağın dəriyə qulluq üçün nə qədər xeyirli olduğunu bilirəm. Həmçinin, şəxsi markamın məhsullarını da istifadə edirəm. Sonda inanılmaz nəticələrə nail oluram”, - deyə Paris Hilton qeyd edib.

Paylaş: