Morqda qalan böyük sənətkarın ən böyük sirri
Tarix: 19-11-2019, 16:57



Bu gün mərhum müğənni Hüseynağa Hadıyevin (19 noyabr 1946 - 12 yanvar 1994) doğum günüdür.
Kult.az Hüseynağa Hadıyevlə bağlı 8 faktı təqdim edir:
1. Onun anası Törə xanım görkəmli dramaturq Cəfər Cabbarlının böyük qardaşı Hüseynqulunun qızı idi.
2. H.Hadıyev ömrünün sonuna kimi “Dan ulduzu” ansamblının solisti olub.
3. Sovet dövründə bir qədər fərqli geyinməsi televiziyaya çıxmasına problem yaradardı. Odur ki, geyiminə görə ona tez-tez irad tutar və səhnəyə çıxanda uzun saçlarını kəsdirməyə, kostyum geyinməyə məcbur edərdilər. Bu qadağalar onu həmişə hövsələdən çıxarardı.
4. Hüseynağa Hadıyevin Sveta adlı qadınla rəsmi, diktor Gulya Seyidbəyova ilə vətəndaş nikahı olub. Svetadan 1973-cü ildə Ceyhun adlı oğlu dünyaya gəlib.
5. Onu təmənnasız sevən bir qadın olub - “Dan ulduzu” ansamblının violonçel ifaçısı Minurə. Lakin Hüseynağa ona “yox” deyib. Minurə heç kimlə ailə qurmayıb və Hadıyevdən 3 il əvvəl faciəli şəkildə dünyasını dəyişib.
6. Hüseynağa Hadıyev öz dövrünün ən çox qazanan sənətkarlarından olub. O, zinət əşyalarını, ələlxüsus da qara brilyantı çox sevirmiş.
7. H.Hadıyev hələ uşaq yaşlarından vərəm xəstəsi olub, lakin bunu hamıdan gizlədib. Ömrünün son günlərində xəstəxanada ona baş çəkən sənət dostları bunu həkimlərdən öyrəniblər. Onun ölümünü alkoqola çox meyl etməsiylə əlaqələndirirlər. Əslində isə çox içən olmayıb, siqaret isə ümumiyyətlə çəkmirmiş.
8. 47 yaşında vərəmdən ölən Hüseynağa Hadıyevin meyitini dünyasını dəyişəndən bir neçə gün sonra bacısı morqdan çıxarıb. Həyatında olan hər iki qadın - həm həyat yoldaşı, həm də vətəndaş nikahında olduğu sevgilisi ondan imtina eləmişdilər.



Paylaş: