"Ailə dağıtmamışam, ölünün dalınca danışmazlar" - Sevdadan ərinə....
Tarix: 19-11-2019, 12:25



Müğənni Sevda Sanalıyeva növbəti dəfə şəxsi həyatından danışıb.
Lent.az -ın məlumatına görə, “5/5” verilişinin aparıcısı Zaur Kamal ifaçıya “Xanım müğənnilərin çoxu ailə dağıdan olur. Bilir ki, kişi evlidir, uşaqları var, yenə də həmin bəyə yaxınlıq edir. Düşünmür ki, sabah çıxıb gedəcək. Sizcə niyə? Səndə elə olmuşdu” suallarını verib. Sevda sualı bu cür cavablandırıb:
"O düzgün deyil. Sənin deyilsə, sabah çıxıb gedəcək. Sən kimi deyirsən? Ölmüş insanın arxasınca danışmaq düzgün deyil. Mənim həyatımdan danış. Mən ev dağıdan deyiləm. Bu bizdən uzaq söhbətdir. Məncə, uşaqla heç bir şey həll etmək olmur. Əgər bir kişiyə 10 uşaq da pay versən, o səni sevməsə, çıxıb gedəcək. Uşaq qədri bilən arvad yanında qalar”.
Sevdanın bu sözlərindən sonra Zaur “Bu qışı keçirtmək sənə çətin olacaq. Soyuqdu hava” sözlərini əlavə edib. Müğənni isə “Mənim üçün hər şey yaxşıdır. Evdə “kamen” var”.
Qeyd edək ki, S.Sanalıyeva 2-ci həyat yoldaşından bir neçə ay öncə ayrılıb. Ayrılan bəy 1-ci ailəsinin yanına qayıdıb.

Paylaş: