"Saat 12-nin yarısı olmamış otururdum evdə ki, deməsinlər..."
Tarix: 19-11-2019, 11:52




Müğənnni Niyam Səlami toyundan danışıb.
Yenicag.az xəbər verir ki, müğənni həmin vaxt kasıb olduğunu və toyunu dost-tanış hesabına etdiyini bildirib:
“Nə əmim olub yanımda nə dayım, heç kim olmayıb. Cibimdə cəmi 200 dollar pulum olub. Nə evimdə, nə də əlimdə pul yox idi. O toyu dost-aşna etdi. Heç kim istəməz ki, ailəsi dağılsın. Mənim üçün ailə başqa şey olub. Saat 12-nin yarısı olmamış otururdum evdə ki, deməsinlər, Niyam bayırda gəzir, ailəsinin yanında deyil”.

https://yenicag.az/videos/niyam-selami-toyundan-danisdi-ne-emim-olub-yanimda-ne-de-dayim-atam-da-video/embed​​​

Paylaş: