Naomi Kempbell sevgiisindən və "qorxunc xəstəliyindən" danışdı
Tarix: 18-11-2019, 16:50



Məşhur model Naomi Kempbel "dəhşətli xəstəlikdən" əziyyət çəkir.

BiG.AZ-ın ru.hellomagazine.com-a istinadən verdiyi xəbərə görə, bu barədə o, "The Guardian" jurnalna müsahibəsində danışıb.

Nəşrin jurnalistilə ilk görüşü təxirə salan model bunu xəstəliyilə əlaqələndirib. Sən demə, Naominin qan laxtalanmasıyla bağlı problemi var.

Müxbir 49 yaşlı modelin əla göründüyünü, ideal dəri və fiquraya malik olduğunu, lakin dizinin şişkin olduğunu bildirib.

Kembell bir həftə öncə pilləkəndən yıxıldığını deyib.

Modelin sözlərinə əsasən, oxşar hadisə 2 il öncə baş verib və trombozun yaranmaması üçün həmin vaxt ona 6 ay uçmaq qadağan edilmişdi.

Eyni şeyin baş verməməsindən qorxan Kempbell əzilmiş ayağını müalicə edir. Lakin bu, ona aktiv həyat tərzi keçirməyə, dayanmadan siqaret çəkməyə mane olmur.

Naomi Kempbell sevgiisindən və "qorxunc xəstəliyindən" danışdı

Müsahibə zamanı Naomi aşiq olduğunu da etiraf edib. Sevgilisinin kimliyini açıqlamasa da, onun tanınmışlardan olmadığını vurğulayıb.

Paylaş: