Tanınmış müğənnimiz VƏSİYYƏT ELƏDİ: "Məni..."
Tarix: 18-11-2019, 15:31



Əməkdar artist Nüşabə Ələsgərli dünyasını dəyişmiş bacısından və anasından danışıb.
Lent.az -ın məlumatına görə, ifaçı “Şou ATV”-də bildirib ki, əzizlərini itirinəndən sonra daha ölümdən qorxmur:
“Daim ağlayırdım, efirə də çıxmaq istəmirdim. Çəkilən və çəkilə bilməyən dərdlər var. Bəzən dünyasını dəyişmiş bacımla danışıram. Deyirəm ki, ay vəfasız, yuxularıma da gəlmirsən. Heç olmasa, orada anamı görürsənmi? Hər zaman evdə yatırdım. Ayılmaq istəmirdim. Ayılan kimi deyirdim ki, anam, bacım hanı? Ayılmağıma peşman olurdum. İnsan həyatda şok yaşayanda ən zəif nöqtəsi haradırsa, oradan qırılır. Yaxınlarımı itirmək gününü Allah bir də mənə göstərməsin. Hamı üçün o gün olacaq. İnsanın qorxduğu şey ölümdü, daha mən ondan qorxmuram”.
N.Ələsgərli vəsiyyətini də açıqlayıb: “Jurnalistlərdən xahiş edirəm ki, işdir, birdən xəstələnsəm, ola bilər danışa bilməyim, nəsə bir emosiya bildirə bilməyim, gəlib məni çəkməsinlər. Qoy, tamaşaçı məni o cür görməsin. Xəyallarında necə qalmışamsa, elə də qalım”.



Paylaş: