“Ərimə aşiq olmamışam”
Tarix: 18-11-2019, 15:26




Əməkdar artist Nüşabə Ələsgərli həyat yoldaşı barədə danışıb. “Qafqazinfo” xəbər verir ki, sənətçi “Söhbət var” proqramında qonaq olarkən əri Rza ilə necə tanış olmağından söz açıb:
“Ortaq dostumuz, həm də qonşumuz Emillə idmana gedirdilər. Mən də salonda idim. Onlar məkanın qarşısından keçərkən Emil mənimlə salamlaşdı. Orada da gələcək həyat yoldaşımla rastlaşdıq. Deyim ki, bir könüldən min könülə aşiq oldum, xeyr! Sadəcə həyat belə gətirdi. Gözəl xasiyyəti, mədəniyyəti, danışığı var”.

Qeyd edək ki, bu, N.Ələsgərlinin 2-ci evliliyidir. Onun ilk evliliyindən bir qızı və bir oğlu var. Sənətçinin hazırkı həyat yoldaşı Rza əslən İrandandır, fitness müəllimidir. 







Paylaş: