İlk dəfə sevgilisinin şəklini paylaşdı
Tarix: 16-11-2019, 11:54



Türkiyənin pop ulduzu Sıla Gencoğlu ilk dəfə aşpaz sevgilisi Hazer Amaninin fotosunu instaqram səhifəsində paylaşıb. 
“Qafqazinfo” xəbər verir ki, bu günədək münasibəti barədə verilən sualları cavabsız qoyan müğənni sosial şəbəkədə Amanini ad günü münasibəti ilə təbrik edib. 
“Səni sevirəm- hər yerdə deyiləcək bir cümlədir. Neçə illərə, canım sevgilim. Bu gün o gündür. Fotonu da yaxşı çəkmişəm ha...”-, deyə Sıla bildirib. 



Paylaş: