Müğənnilər necə vergi verməlidir?
Tarix: 16-11-2019, 11:09




İncəsənət sahəsinin nümayəndələri əsasən də müğənnilərin, xanəndələrin, aşıqların və s. gəlirlərinə görə vergi ödənilmısi mexanizmi necə olmalıdır?
Məsələn, müğənni, xanəndə və ya aşıq 5000-10000 hətta 15000-ə bir toya gedirsə onun vergisi də bu məbləğlərə görə olmalıdır. Çünki bu məbləğlərə toya getdiklərini onlar televiziya və ya rəqəmsal media vasitəsilə açıq da deyirlər, bura həm də onların bahalı hədiyyələri və bunları onlara verən şəxslər də aiddir.
Məsələn xarici ölkələrdə müğənni, aktyor və digər şou, biznes və ya incəsənət adamları vergi vermirsə onun avtomobilləri və evləri, ümumiyyətlə sahib olduğu var dövlət onun əlindən alınıb, dövlət hesabına keçə bilər.
Çünki bahalı əşyaları yüksək vergi vermədən alıb, problem isə ondadır ki, müğənni, aktyor və digər şou, biznes və ya incəsənət adamlarını şənliyinə dəvət edən, ona pul ödəyən adam vergi orqanlarına bu barədə məlumat vermir. Toy yiyəsi və şou proqram təşkilatçıları.. .
Konsert təşkil edən əgər bunu eləmirsə deməli onun özü də vergidən yayınmaqda müğənniyə kömək edir, dolayısı yolla özü də müğənniyə verdiyi böyük məbləğdə pulun hardan qazandığını gözlətmiş olur.

Paylaş: