Afaq Aslan bu müğənniləri yıxıb-sürüdü: Kiminsə ərini əlindən almıram
Tarix: 15-11-2019, 16:37




Azərbaycanlı müğənni, model Afaq Aslan AzNews.az saytına eksklüziv müsahibə verib.
Həmin müsahibəni sizə təqdim edirik:
- Bu gün şou-biznes aləmində gedən hadisələri necə dəyərləndirirsiniz?
- Şou-biznes aləmində bu gün rəngarənglik baş verir. Cavanlarla yaşlılar bir-birinə qarışıb.
- Tez-tez İnstagramda şəkillərinizi paylaşırsınız. Bütün saytlar da açıq desək, sizdən IP yığırlar. Bu barədə nə deyə bilərsiniz?
- Məlumatım var. Azərbaycan şou-biznesi üçün daha cəsarətli, özgüvənli obraz yaratmış insanam. Ümumiyyətlə düşünürəm ki, bizim müğənnilərimiz komplekslərindən bir qədər xilas ola bilməyiblər. Düzdür, real həyatda kompleksizdirlər, amma kamera qarşısında yox. Kaş ki, kamera qarşısında da həyatda olduqları kimi olardılar. Məncə, bu günkü şou-biznesdə durğunluq hökm sürür. Nə yeni mahnılar üzərində işləyən, nə də yeni kliplər çəkən müğənnilər çox deyil.

- Talıb Tale, Damla və Şəbnəm Tovuzlu son dövrlər xeyli klip çəkdirib...
- Bir neçə nəfəri çıxmaq şərtilə qalanları yenilik eləmir. Sadaladığınız insanların etdikləri də bir-birilə ayaqlaşmaq, rəqabət aparmaqdır. Digərləri elə bil, vaxtlarını dayandırıblar..
- Dubayda çəkilmiş şəkillərinizi görürük. Onlar fotomontajdır, yoxsa doğrudan Dubaya gedirsiniz?
- Mən çox gəzirəm. Məsələn bir həftə sonra İtaliyaya, ardınca Londona, sonra isə Moskvaya səfər edəcəyəm. Bir ölkədə çox qala bilmirəm. Mütəmadi olaraq yerimi dəyişən insanam.
- Həmin ölkələrdə nəsə işiniz var, yoxsa konkret kimləsə görüşə gedirsiniz?
- İtaliyada bu il "Miss Europe Continental" yarışmasında Azərbaycanı təmsil edəcəyəm. Ora sırf yarışma ilə əlaqədar gedəcəm. Moskvada bir toy məclisimiz var. Londona da isə Yeni ili qarşılamağı planlaşdırıram
- Bir az da ailəniz haqda danışardınız...
- Ziyalı ailəsində doğulub böyümüşəm, Bacılarımdan biri həkimdir, digəri isə incəsənət üzrə təhsil alıb, amma fəaliyyət göstərmir. Özüm də ali təhsilli memar olsam da incəsənət məni özünə daha çox cəlb etdi. Bunun üçün də bu sahədə daha çox aktivəm.

- Sevgiliniz var?
- Var.
- Sizi tez-tez xaricə aparan həmin insandır?
- Doğrudur. Ümumiyyətlə səfərlərimi tək etmirəm.
- Adını deyə bilərsiniz?
- Deyə bilmərəm. Onun adını zamanı gələndə biləcəksiniz.
- Rəqsanə də, Şəbnəm Tovuzlu da gizlədirdi, ancaq axırda boyunlarına aldılar.
- Ən azından mən kiminsə ailəsini dağıdıb, kiminsə ərini əlindən almıram. İnsanlar var ki, kiminsə əri ilə münasibət qurub onu gizlədir. Ta ki, o adamı arvadından boşatdırıb, özünə calayana qədər. Ondan sonra üzə çıxardırlar ki, bu, mənim ərimdir.

- İndiki sosial durumunuzdan, şou-biznes aləmindəki fəaliyyətinizdən razısınızmı?
- Mənim razı ya da narazı olmağım heç nəyi dəyişmir.
- Nəyə görə oxucular sizi çox istəyir?
- Səmimiyyətimə görə olduğunu düşünürəm. Çünki dilimdə olanla, beynimdə olan eynidir.
- Çəkdirdiyiniz şəkillər də bunu ifadə edir.
- İnsanlar o qədər maskalı şəxslər görürlər ki, səmimi insana rast gələndı onu daha çox sevməyə başlayırlar.
- Sonda oxucularımıza nə deyərdiniz?
- Mən buradan oxucularınıza hər zaman sizi izləməyə davam etməyi və ən son, ən isti, ən yeni xəbərləri sizdən almağı tövsiyə edirəm.

Paylaş: