"Anamla, bacımı itirdikdən sonra..." - Nüşabə Ələsgərli
Tarix: 15-11-2019, 15:53




Bu gün "Şou Atv" proqramının qonağı tanınmış müğənni Nüşabə Ələsgərli olub.

BiG.AZ xəbər verir ki, ifaçı ölümdən qorxmadığını dilə gətirib:

"Ölümdən qorxmuram, biz əbədi deyilib. Anamla bacımı itirəndən sonra depressiyada idim, il yarım efirə çıxmadım. Çünki efirdə ağlamaq istəmirdim. İstəmirdim insanlar məni gözüyaşlı görsün. Çəkilən və çəkilə bilməyən dərtlər, dözən və dözməyən insanlar var. Bütün günü üzüstə yatırdım ki, ayılmayım. Ayılanda deyirdim ki, anamla bacım yoxdur. Peşman olurdum yuxudan ayılmağıma. Yaxınlarımı itirdiyim günü Allah bir daha yaşatmasın. Bilirəm, o gün də olacaq, amma mən görməyim. İnsanın qorxduğu şey ölümdür, amma mən ölümdən qorxmuram".

Paylaş: