Aygün Kazımova yenidən plagiat mahnı ilə gündəmdədir
Tarix: 15-11-2019, 14:44






Xalq artisti Aygün Kazımovanın yeni mahnısı plagiat çıxıb. 
Musavat.com xəbər verir ki, sənətçi “Ehtiyacım var” adlı mahnısını klipi ilə birgə təqdim edib. Sözləri İsmayıl Əsədov ilə Saleh Səbata, musiqisi İsmayıl Əsədova məxsusdur. Çəkilişlər Nyu-Yorkda baş tutub. A. Kazımovanın tərəf müqabili kimi modelyer Rüfət İsmayıl kamera qarşısına keçib. 
Klip bəyənilsə də, mahnı sosial şəbəkədə müzakirə olunub. A. Kazımovanın  mahnını zəif oxuduğu bildirilib. 
Daha sonra isə mahnının plagiat olduğu bəlli olub. Belə ki, bəstənin müəllifi İ. Əsədov bir müddət öncə gənc müğənni Xəyala “Ürəyimi yarma” adlı mahnı təqdim edib. Hazırda isə “Ehtiyacım var”  ilə “Ürəyimi yarma”nın musiqisi eynidir.  
Qeyd edək ki,  Aygün Kazımova bir müddət öncə də plagiat mahnı ilə gündəmə gəlmişdi. Onun oxuduğu “Hardasan” mahnısı ətrafında qalmaqal yaranmışdı. Belə ki, İsmayıl Əsədov “Hardasan” mahnısını illər öncə Rəqsanəyə “İntizar” adı ilə təqdim etsə də, ifaçı mahnını oxumayıb.  
Daha sonra o, eyni bəstəni “Hardasan” adı ilə Aygünə verib. Onun bu addımı Rəqsanəni özündən çıxarıb. Rəqsanə mahnını ifa edərək Aygündən öncə təqdim edib. 










Paylaş: