Qızılları oğurlanan Mətanət ölümlə üzləşdi - "Kilo ilə apardılar"
Tarix: 15-11-2019, 12:48




"10 il bundan qabaq mənim nə qızılım var idi, hamısını oğurladılar. Anam, atamdan qalan nə var idisə hamısını kilo ilə apardılar".
 
Primetime.az xəbər verir ki, bu sözləri Mətanət Əsədova deyib. Qızılları oğurlanan sənətçi ölümlə üzləşdiyini söyləyib:
 
"Anamın 3 mərasimi idi. Kimin apardığını da bilirəm. İnanın mənə, onu tapıb verirdilər mənə. Özüm istəmədim. Niyə istəmədim? Anam gecə yuxuma girdi, qayıdıb dedi ki, "Ay bala, onu boş ver getsin". Mən də sən demə xəbərsiz qazı açıq qoyub yatmışam. Yuxudan qorxa-qorxa durdum. İstədim ki, mətbəxdə işığı yandırım. Həmin an partlayış oldu. Az qaldı ev yansın, ölmüşdüm. Hər şeyim getdi, heç nəyim qalmayıb". 
 
Sənətçi sosial şəbəkədə ondan xəbərsiz çəkilən videoları ilə gündəmə gəlməkdən bezdiyini qeyd edib:
 
"Nə qədər Mətanəti ortaya qoyarlar. Dayımın yoldaşı ölüb, ağlamayım? Dədənin yanında muğam oxudum. Oxuyanda nə olur? Məni çəkəndə xəbərsiz oluram. Bunu niyə şişirdirlər. Mənim başıma o iş gələndə bütün müğənni həmkarlarım məni müdafiə etdi. Mən içki içsəm efirdə də sənin şərəfinə kişi mərdinə qaldıraram". 

Paylaş: