"Bu Şəhərdə" 11 ildən sonra yeni kino çəkdi: "... söyüş yoxdur"
Tarix: 15-11-2019, 12:24




"Bu Şəhərdə" komandası "Ci-Mi" filmindən sonra növbəti kinosunu təqdim etməyə hazırlaşır.
Open.az xəbər verir ki, 11 ildən sonra Müşviq Abbasov "Şabaş" adlı filmini dekabrın 5-də tamaşaçılara təqdim edəcək.
Ənənəyə sadiq qalaraq, kinonun baş rollarını əməkdar artistlər Rəfael İsgəndərov və Coşqun Rəhimov ifa edib.
Yeni kinoları ilə bağlı Müşviq Abbasov Open.az-ın suallarını cavablandırıb:
- “Ci-Mi “dən sonra ilk filminiz elə bu kino olacaq. Bundan sonra da kino təqdim edəcəksiz yoxsa artıq tamaşaçı kinoteatrda "Bu şəhərdə"nin işlərini tez -tez görəcək?

- Bu, "Ci-Mi" dən sonra "Bu Şəhərdə" productionun istehsal etdiyi ilk filmdir. İllər ərzində konsertlərə və qastrol səfərlərə görə filmə vaxt ayıra bilmirdik. Bu kinonun ssenarisi 10 ildən çoxdur hazır idi, amma saxlamalı olmuşduq. Vaxtımız yox idi. İnşaallah tamaşaçı öz fikrini deyəcək. Gələcəkdə mütəmadi olaraq film istehsal edib tamaşaçıların ixtiyarına buraxacağıq.
- Kinonun məğzini qısa açıqlaya bilərsiniz?

- Kinonun məğzində Rəfael və Coşqun musiqiçidirlər. Biri qoşa nağara, digəri isə qarmon ifaçısıdır. Günlərin bir günü toylarına getdikləri müğənniylə pula görə davaları düşür. Sonra isə ayrılırlar. Pulsuz qalmasınlar deyə, bir çox toylara gedirlər. Həmçinin qadın toylarına da gedirlər. Hələlik bu qədər bəsdir, qalanını kinoteatrda izləyə bilərsiniz.
- Anonsun əvvəlində +18 göstərilir, sonunda isə ailəvi kinokomediyası sözlərini görürük bunu necə izah edirsiniz?

- Kinonun anonsunun əvvəlində +18 yazmışıq, sonra o rəqəm -81 olaraq dəyişir. Yəni bu da zarafatdır ki, hər yaşda insan baxa bilər. Bəli son 10 ildə çəkilən filmlər arasında ilk ailəvi kinokomediya olacaq. Qala gecələrinə gedirik, elə ifadələr işlədilir ki, insan utanır. Heç kim öz ailəsi ilə elə filmə baxmaq istəməz. Bizim kinomuzda isə söyüş yoxdur. Hətta filmin sətiraltı bir ismarışı var ki , diqqət etsələr onu anlayacaqlar.
- Kinoda hansı məsələlərə satira ilə yanaşmısınız?

- Həyatda bir çox katoklizmalar ola bilər. Bir çox krizislər ola bilər. İnsan insanlığını, kişi kişiliyini, mərdliyini saxlamalıdır. Hər bir kişi ailəsinə dəyər verməlidir. Ailəsinə dəyər verən insan vətəninə, dostuna, işinə dəyər verir. Məcburən, vücudən nəyisə dəyişirsə deməli o özünü qurban verir. Əsas odur ki, qəlbən kişi qalasan.





Paylaş: