“Gənc nəsil tamaşaçıları yenidən kinoteatrlara qaytardı”
Tarix: 15-11-2019, 08:45




Dünən Sputnik Azərbaycan Mətbuat Mərkəzində keçirilən dəyirmi masada gənclərin yeni milli kinonun istehsalında iştirakı məsələləri müzakirə edilib.
Tədbirdə çıxış edən X Bakı Beynəlxalq Qısa Filmlər Festivalının direktoru Fehruz Şamıyev deyib ki, Azərbaycanda kino sahəsində dövlət tərəfindən və gənclərin özləri tərəfindən maraqlı layihələr reallaşdırılıb:
“Bu gün kommersiya şirkətlərinin istehsal etdikləri məhsulların müəllifləri əksəriyyət etibarı ilə gənclərdir. Bu da gənclərin fərdi təşəbbüslərindən yaranan nəticədir. Ötən əsrin doxsanıncı illərindən kinoteatrlardan uzaq düşən tamaşaçını yenidən bu məkanlara qaytaran gənclərin gördüyü işlər olub. Son illərdə istehsal olunan filmlərin beşdə biri yaşlı nəslin nümayəndələri tərəfindən hazırlanıb”.


Paylaş: