“Atamın qəbrini ziyarət etmirəm” demişdi – Zaur tənqid olundu
Tarix: 14-11-2019, 18:16




Aparıcı Zaur Baxşəliyev aparıcısı olduğu “Bizimləsən” proqramında atası haqqında danışıb.
Musavat.com xəbər verir ki, o, dünyasını dəyişən atasının məzarını ziyarət etmədiyini deyib: “Atamı dəfn etdiyimiz qəbiristanlığa getmirəm. Çünki mənə o daş, donmuş şəkildə baxan şəkil lazım deyil. Atam bu həyatda yoxdur. İstəyirsiniz, məni qınayın, tənqid edin, nə istəyirsiniz, deyin. Bir insan həyatda nə qədər varsa, başına pərvanə kimi dolanmaq lazımdır. Həyatda yoxdursa, get, o daşı qucaqla, gözünün yaşını tök daşın dibinə, nə mənası var?”
Aparıcının açıqlaması birmənalı qarşılanmayıb və sosial mediada tənqid olunub.

Paylaş: