Demet Özdemir Bakıya gəlir
Tarix: 14-11-2019, 17:00



“Erkenci Kuş” serialı sayəsində böyük populyarlıq qazanan kino ulduzu Demet Özdemir “Altın Kelebek” mükafatının siması kimi həftəsonu Bakıya gələcək.

BiG.AZ xəbər verir ki, o, təşkil olunan mətbuat konfransında media nümayəndələri ilə görüşəcək.

Qeyd edək ki, “Altın Kelebek Panten”nin siması əvvəlcə “Hercai” serialının aktrisası Ebru Şahin seçilmişdi. Lakin məlum olub ki, markanın siması və aparıcısı dəyişdirilib.

Onu da bildirək ki, bu il “Altın kelebek”də “Azərbaycanın ən parlaq ulduzu” nominasiyası üzrə Xalq artisti Röya Ayxan, Azad Şabanov, Elçin Cəfərov, Nura Suri, Sevda Yahyayeva, Gülay Zeynallı, Xəyyam Nisanov, aktrisalar Oksana Rəsulova və Pərvin Abıyeva yarışacaq.

Paylaş: