"Məni istəməyənləri də “like” edirəm ki, qoy sevinsinlər"
Tarix: 14-11-2019, 16:15




"Haqqımda fikir bildirirlərsə, deməli, onlardan öndəyəm. Hər müğənnidən xəbərim var. Məni istəməyənləri də “like” edirəm ki, qoy sevinsinlər”.
 
Primetime.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov “Show news” verilişində deyib. İfaçı ona gələn təkliflərdən söz açıb:
 
“Mesaj bölməmdə hər mövzuda təkliflər var. İstər yaşlı, orta nəsil, gənclər, kişilər, qadınlar hamısı yazır”.
 
Müğənni küsülü olduğu Natavanla bağlı da danışıb:
 
“Natavanı İnstaqramda təzəlikcə izləməyə başlamışam. Şəkil bölüşmüşdüm, dedim ki, “darıxmışam” yazmışamsa, izləyim. Məni onu sevirəmsə, izləyirəm. Natavanı İnstaqrama görə tanımıram ki, məni izləməməyi xətrimə dəysin”.



Paylaş: