"Ərim məni Səmədə qısqanacaq?"
Tarix: 14-11-2019, 15:29



Əməkdar artist Ruhəngiz Allahverdiyeva “5/5” verilişində qonaq olub.

Axşam.az xəbər verir ki, veriliş zamanı aparıcı Zaur Kamal müğənniyə Xalq artisti Səməd Səmədovla duet oxumağının evində problem yaratması barədə eyham vurub.

Bu zaman ifaçı bildirib ki, həyat yoldaşı qısqanc olmayıb:

“Ailəmdə oxuma deyə, heç vaxt problem olmayıb. Ərim məni Səmədə qısqanacaq? Həyat yoldaşımı qoyub, kiməsə baxan xanım deyiləm. Bütün müğənnilər evə gec gəlir. Toy yiyəsinə deyə bilmərik ki, tez bitirin, evdə həyat yoldaşım məni gözləyir. Evimdə cüzi problemlər olub. Səmədə görə problem yaşamamışam. Qısqanclıq boş şeydir. İnsan hər şeyə real baxmalıdır”.

//izle.az/embed/76514​​​

Paylaş: