Ülviyyə ARB-nin efirinə çıxmayacaq
Tarix: 14-11-2019, 15:16




Aktrisa- aparıcı Ülviyyə Xəlilbəyli ARB TV-nin efirinə çıxmayacaq. “Qafqazinfo” xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb.
Ülviyyə “Tərz+” proqramını aparmayacağını qeyd edib: “Bu həftədən etibarən verilişin aparıcısı mən olmayacam. Hər kəsə uğurlar”.

Xatırladaq ki, aktrisa həyat yoldaşı Murad İsmayılla sözügedən kanalda yayımlanan “Uçurum” serialında rol alır.





Paylaş: