Ukraynalı müğənni Azərbaycanda klip çəkdirdi
Tarix: 13-11-2019, 17:33




Ukraynalı məşhur ifaçı Lyubov Niçça Azərbaycanda klip çəkdirib.

BiG.AZ-ın məlumatına görə, bu müğənninin Azərbaycanda ərsəyə gətirdiyi sayca ikinci layihəsidir. Belə ki, “Give me love” adlı mahnısına klip çəkdirən sənətçi, ekran işi üçün 5 bəylə tərəf müqabilində olub. Mahnının söz və musiqisi rumuniyalı musiqiçilərə aiddir. Klipin süjet xəttində dəbdəbəli həyat yaşayan gənc xanımın 5 kişi ilə yaşadığı canlandırılır.

Klip Ukraynanın "JAFAROV CREATIVE" şirkətinin dəstəyi ilə Bakıda çəkilib. Sosial şəbəkələrdə də aktiv olan müğənninin əsl adı Anna Dolgixdir. Sənətçi həm bloqer, həm də aparıcıdır. Lyubov Niççanın planına görə, 3-cü klipi də Bakıda çəkiləcək. Klipin mart ayında çəkilməsi gözlənilir.

Sözügedən klipi təqdim edirik:



Paylaş: