"Yenə də Rəqsanə kimi bir ananın qızı olmaq istərdim"
Tarix: 12-11-2019, 16:24



“Anamdan heç nəyi gizlədə bilmirəm. Anam mənim idealım olub. Onunla hər zaman fəxr etmişəm. Həyata yenidən gəlsəydim, yenə də Rəqsanə kimi bir ananın qızı olmaq istərdim. Anam yanımda, burada yoxdur, özümü yetim kimi hiss edirəm. Vətənə qayıtmağını çox istəyirəm”. 
Bu sözləri Rəksanə İsmayılovanın qızı Aysun İsmayılova ATV-də yayımlanan “Nanəli” verilişində deyib. 
Proqramın davamında qızının ağladığını görən Rəksanə canlı efirə qoşulub və göz yaşlarına hakim ola bilməyib. İfaçı yeni ildən sonra Azərbaycana qayıdacağını açıqlayıb:
“Təzə ildən İnşallah, qayıdıram. Özüm də darıxmışam, mənim üçün çox çətindir. Qayıdıram Azərbaycana, gözəl bir konsert proqramı ilə də çıxış edəcəyəm”. 
YeniSabah.az

Paylaş: