“Məclisdə elə rəftar edirəm ki, qarşı tərəf çıxıb gedir” – Pərviz – VİDEO
Tarix: 9-06-2017, 13:59


ARB Ulduz-un “Şou məkan” verilişinin budəfəki qonağı müğənni Pərviz Abdullayev olub.
Pərviz Abdullayev “Dostum evlənir” mahnısının ərsəyə gəlməsində yaxın dostlarının əməyindən istifadə edərək, əməlli-başlı tər tökdüyünü deyib:
“Açığı, bu mahnını Samir Şirinov yazıb. Sözlər Fuad Vəlizadə və Namiq Qaraçuxurlunun sayəsində ərsəyə gəlib. Musiqini də Samir Şirinov yazıb. “Dostum evlənir” ən yaxşı mahnılardan biridir. Ruhəngiz xanımın da bu mövzuda mahnısı var. Uşaqlıqdan dinlədiyim bir parçadır. Mövzunu bir qədər başqa formada qurduq”.
Sentyabrın 12-də toyu olacaq Pərviz elə həmin gün həmkarı Zamiq Hüseynovun da doğum günü olduğunu dəqiq bildiyini dilə gətirib:
“Toyda Zamiqin iştirakı mənim üçün vacibdir. Çünki onu hədsiz dərəcədə çox istəyirəm. Dostumuzdur, əzizimizdir. Biz saat 12-dən də sonra onun doğum gününü qeyd edə bilərik. Ayın 11-i saat 12-dən sonra da”.
Pərviz, həmkarın Abbas Bağırov toyunu mediyaya qapalı şəkildə təşkil etdi. Bəs, səndə vəziyyət necə olacaq?
“Mənim elə dostlarım var ki, adi insanlardır. Ancaq sevmirlər, hansısa kameraya düşsünlər və yaxud onları hardasa işıqlandırsınlar. Elə bir məqam ola bilər ki, mən istəmərəm ki, harasa müsahibə verim. Nişanımda istədim ki, şəkillərimiz heç yerdə olmasın, ancaq şəkil haralarasa getdi. Düşünürəm ki, toyu gizlətmək mümkünsüzdür”.
Mehriban münasibətdə olmadığı adamların yanında dayanmayan müğənni heç kimlə soyuq ünsiyyətdə olmadığını söyləyib.
“Mənim heç bir insanla pis münasibətim yoxdur. Hamı ilə necə lazımdır elə rəftar edirəm. Böyük-kiçik yeri bilirik. Mən bəzən məclisdə elə rəftar edirəm ki, qarşı tərəf durub çıxıb gedir”.



Paylaş: