Səidə bu səbəbə görə Niyamla ailə qurmayıb: "Dedi ki..."
Tarix: 25-09-2017, 17:38


Müğənni Niyam Salami həmkarı Səidə Sultana evlilik təklif etməsindən danışıb. Lent.az-ın məlumatına görə, “Zümrüd və Suad” şounun qonağı olan N.Salami S.Sultanla ailə qura bilməməsinin səbəbini açıqlayıb:  “Bu cür hala yaxşı baxıram. Gözəl xanımdır, xasiyyəti mənə uyğun idi. Təklif etdim, gəlir gəlsin, gəlmir, cəhənnəmə gəlsin (gülür). Səidə dedi ki, qardaşımsan, ondan da artıqsan. Mən ona bir bəy kimi qorxmadan bu təklifi etmişdim”.

Paylaş: