Stilist Elnur bu dəfə xalq artistini inanılmaz dərəcədə dəyişdi
Tarix: 9-11-2019, 10:29



Xalq artisti Röya Ayxan əməkdar artist Ədalət Şükürovun mahnısına klip çəkdirib.
 
UlduzumSan.Az-ın məlumatına görə, "Dedin yox" adlanan bəstənin sözləri və musiqisi Ə.Şükürova məxsusdur.
Xalq artisti sözügedən bəstəni ekranlaşdırmaq üçün rejissor Fərhad Əliyə müraciət edib, klipin çəkilişləri Bakıda baş tutub.  Röyanın klipindəki stili üzərində Elnur Həsənov çalışıb.
Qeyd edək ki, bəstəni ilk dəfə əməkdar artist Ədalət Şükürov oxuyub. Daha sonra isə "Çek elini kalbimden" albomunda türkiyəli müğənni Sərdar Ortaç ifa edib.

  

Paylaş: