Türkiyənin tanınmış sənət xadimi vəfat edib
Tarix: 8-11-2019, 16:37




Türkiyənin tanınmış aktyoru,rejissor və teatr tənqidçisi Özdemir Nutku vəfat edib.
Open.az xəbər verir ki, 88 yaşlı sənətkar ürək çatışmazlığından dünyasını dəyişib.
Özdemir Nutku ilə vida mərasimi noyabrın 10-da İzmirdə Sabançı Kültür Mərkəzində olacaq.
Qeyd edək ki, Özdemir Nutku 1931-ci ildə İstanbulda anadan olub.
Sənət fəaliyyətinə musiqiçi kimi başlayan Ö.Nutku 1946-47-ci illərdə Opera Teatrında çalışıb.
9 Eylül Universitetində Güzel Sanatlar Fakültəsini quran Ö.Nutku 78 kitabın müəllifidir.

Paylaş: