Ermənistanda "trans" idmançı haqda film etirazlara səbəb oldu
Tarix: 8-11-2019, 16:22




Ermənistanın baş naziri Nikol Paşinyan təhsil naziri Araik Arutunyanın istefasını tələb edən şəxslərlə görüşüb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, etirazçılarla görüşən Paşinyan onların heç bir tələbi ilə razılaşmayıb. Hökumət rəhbəri islahatları Arutunyanın deyil, hökumətin həyata keçirdiyini bildirib.
 
Etirazçılar cinsini dəyişmiş ağır atlet Mel Daluzyan haqda filmin çəkilişinə dövlət büdcəsindən 40 min dollar ayrılmasına kəskin etiraz ediblər.
Paşinyan isə Daluzyanın cinsini dəyişməzdən əvvəl ölkəsi üçün medallar qazandığını unutmamağa çağırış edib. O nazirlə etirazçılar arasında dialoqa çalışacağını da əlavə edib.

Paylaş: