69 yaşlı məşhur bəstəkar evində ölü tapıldı
Tarix: 8-11-2019, 15:03




Rusiyanın tanınmış bəstəkarı Yuri Markelov Moskvadakı evində ölü tapılıb.
Open.az xəbər verir ki, 69 yaşlı bəstəkarın hansı şəraitdə vəfat etməsi hələlik dəqiqləşdirilməyib.
Yuri Markelov 1950-ci il avqustun 4-də keçmiş Stalinqrad, hazırki Bolqoqrad şəhərində anadan olub.
Yaradıcılığı əsasən kamera-simfonik əsərlərdən ibarət olan mərhum bəstəkar, «Горицвет» vokal-instrumental ansamblının da rəhbəri olub.
Y.Markelovun yazdığı məşhur mahnıların əsas ifaçıları İosif Kobzon və Lev Leşşenko idi.

Paylaş: