Aparıcı Zaur toy qiymətini açıqladı: "Xeyr, mən 5 minə toya getmirəm..."
Tarix: 8-11-2019, 11:13




Aparıcı Zaur Kamal toy qiymətlərini açıqlayıb.
KONKRET.AZ xəbər verir ki, aparıcı Xəzər TV-də yayımlanan “5-də 5” verilişində bəzi düzəlişlərini edərək açıqlanan rəqəmləri təsdiqləyib.
Zaur Kamal verilişdə qonaq olan Sevil-Sevinc bacılarından ad gününə telefon, Tarix Əliyevdən (Tolik) isə brilyant saat almasını istəyib. Bu zaman Tolik etiraz edib:
“Ay qardaş, mən nə qazanıram?! Sən 5 minə toya gedirsən, mən heç bir dəfə də toya getmirəm”.
Zaur Kamal “xeyr, mən 5 minə toya getmirəm, 3 minə gedirəm”, – deyib. Tolik: “Azdır 3 min..? Ayda 10 toya getsən, edəcək 30 min… Gürcüstana gedəndə bir az baha gedirsən. Keçən dəfə kişinin oğlu Moskvaya toya 5 min dollara getmişdi. Azdı, 10 min manat edir?!”.
Tolikin dediklərinə qarşılıq olaraq Zaur Kamal təəccüblə “vay-vay, heç mənim bunlardan xəbərim yoxdu”, deyib.


Paylaş: