Amaliya Pənahovanın vəfatından bir il ötdü
Tarix: 8-11-2019, 10:52




Bu gün Azərbaycanın Xalq artisti, görkəmli teatr və kino xadimi, Bakı Bələdiyyə Teatrının bədii rəhbəri və direktoru, mərhum sənətkar Amaliya Pənahovanın vəfatının ildönümüdür.
Open.az xəbər verir ki, Amaliya Pənahovanın dünyasını dəyişməsindən bir il ötür.
Bu münasibətlə saat 12.00-da Bakı Bələdiyyə Teatrının kollektivi Amaliya Pənahovanın məzarını ziyarət edəcək.
Həmçinin bu gün Xalq artistinin məzarüstü abidəsinin də açılışı olacaq.
Qeyd edək ki, onkoloji xəstəlikdən əziyyət çəkən Amaliya Pənahova 2018-ci il noyabrın 8-də 73 yaşında vəfat edib.

Allah rəhmət eləsin!



Amaliya Pənahovanın vəfatından bir il ötdü

Amaliya Pənahovanın vəfatından bir il ötdü


Paylaş: