“Nə qədər ki, Azərbaycan var, onun musiqiləri həmişə yaşayacaq...”
Tarix: 8-11-2019, 08:41



“Onun filmlərdə olan musiqiləri sonradan xalqın ürəyində özünə yer tapıb”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Faiq Sücəddinov dahi bəstəkar Tofiq Quliyev haqda danışarkən deyib. O, T.Quliyevin bəstələrinin həmişə ürəklərdə yaşayacağını bildirib:

“Tofiq Quliyev Azərbaycan estrada musiqisinin banisidir. O, 1940-cı ildə Maestro Niyaziylə Azərbaycanda caz orkestrı yaradıb və konsert fəaliyyəti göstəriblər. O, həm də bir çox bədii filmlərin bəstəkarı olub. Onun filmlərdə olan musiqiləri sonradan xalqın ürəyində özünə yer tapıb. T.Quliyev dahi insanlarla, Rəşid Behbudovla, Şövkət Ələkbovayla işləyib. O, həm də peşəkar pianoçu olub, onun bəstələdiyi çox gözəl əsərləri var. Bəstəkar olmaqla yanaşı, həm də təşikalatçı idi, uzun illər Bəstəkarlar İttifaqının sədri olub. Nə qədər ki, Azərbaycan var, onun musiqiləri həmişə yaşayacaq”. 
 
Qeyd edək ki, bu gün Tofiq Quliyevin doğum günüdür. O, 1917-ci il noyabrın 7-də Bakıda anadan olub. 4 oktyabr 2000-ci ildə vəfat edib. 

Paylaş: