“Doğrusu, bu işlərə çox qarışmaq istəmirəm, onsuz da başı bəlalıyam...”
Tarix: 7-11-2019, 08:38




“Əlbəttə, vətənpərvərliklə bağlı xidmətləri olan şəxslərin fəxri ada layiq görülməsi çox vacibdir.” 

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, vətənpərvərlik mahnılarının ifaçısı Mübariz Tağıyev deyib. 

M.Tağıyev Mədəniyyət Nazirliyinin bunu nəzərə almasının vacibliyini vurğulayıb:

“Əlbəttə, vətənpərvərliklə bağlı xidmətləri olan şəxslərin fəxri ada layiq görülməsi çox vacibdir. Düzdü, biz deməklə bu həll olunan deyil. Amma Mədəniyyət Nazirliyi bunu nəzərə almalıdır. Elə kimdənsə xoşum gəlirsə, ona fəxri ad verim belə olmaz. Məsələn, Şəmistan Əlizamanlı çoxdan bu ada layiq görülməlid idi, deyərdim ki, hətta vaxt keçib. Doğrusu, bu işlərə çox qarışmaq istəmirəm, onsuz da başı bəlalıyam”. 


Paylaş: