Böyrək köçürülən 48 yaşlı aktyor dünyasını dəyişib
Tarix: 6-11-2019, 15:29





Rusiyanın tanınmış teatr və kino xadimi, M.Qorki adına Samara Akademik Teatrının aktyoru Vitali Jiqalin vəfat edib.
Open.az xəbər verir ki, 48 yaşlı aktyor ömrünün 25 ilini teatra həsr edib.
Uzun illər böyrək çatışmazlığından əziyyət çəkən aktyora bu ilin iyun ayında orqan köçürülmə əməliyyatı edilib. Əməliyyatdan sonra bir neçə dəfə səhnəyə çıxan aktyorun ilk vaxtlar səhhəti normal olub.
Son aylarda vəziyyəti yenidən pisləşən Vitali Jiqalinin həyatını xilas etmək mümkün olmayıb.
Aktyorla vida mərasimi 25 il çalışdığı doğma Teatrında olacaq.
Qeyd edək ki, Vitali Jiqalin Rusiyada ekranlaşdırlan teleserillar və bədii filmlərdə yaddaqalan obrazlar ifa edib.

Paylaş: