“Mənim nömrəmə yazdı ki…” - Faiqdən Namiqə cavab
Tarix: 25-09-2017, 12:50


Meyxanaçı Namiq Qaraçuxurlunun söylədiyi “Faiq Ağayev tipdə olan müğənnilərə yazığım gəlir” sözləri cavabsız qalmayıb. 
“Qafqazinfo” xəbə verir ki,  “Show time” verilişində qonaq olan xalq artisti Faiq Ağayev bildirib ki, meyxanaçı o müsahibəsindən sonra xalq artisti ilə əlaqə saxlayıb: 
“Hə, deyib ki, elə insanlarla bir sənətdədir ki, mən onu o qonşuluğa layiq bilmirəm. Daha sonra mənim nömrəmə yazdı ki, birdən sizə başqa cür çatdırarlar, elə bilərsiniz ki, iki başlı demişəm, amma əsla. Onun sözlərindən sonra videoya baxdım, onunla tam razılaşdım. 
Məni verilişlərə çağıranda soruşuram ki, kim olacaq? Mənə uyğun adamlar verilişdə olmayacaqsa, orada mənim nə azarım var? Bir sözlə Namiqin dediyində böyük bir həqiqət var”.

Paylaş: