"Yatmırdım, düşünürdüm ki, biabır olacam" - Tolikdən GÖZLƏNİLMƏZ ETİRAF
Tarix: 6-11-2019, 11:32




"XƏZƏR" telekanalının aparıcısı Tarix Əliyev efirdən Zaur Kamala müraciət edib.

BiG.AZ xəbər verir ki, o həmkarına "Zaur, sən elə bilirdin ki, 1 ildən sonra məni çıxardacaqlar buradan? Düzünü denən" deyə sual ünvanlayıb.

Zaurun Tolikə cavabı isə studiyadakıların gülüşünə səbəb olub:

"Tolik, sən sifətsən. Sənə heç kim heç nə deyə bilməz".

Tolik verilişə aparıcı təyin olunduqdan sonra aylarla gecə yuxu yatmadığını etiraf edib. O, səbəbini belə izah edib:

"Mən bura gələn gündən 1-2 ay yatmırdım gecələr. Düşünürdüm ki, səhər sponsor gedəcək, sponsor olmayacaq. Verilişdən məni çıxardacaqlar, biabır olacam".

Paylaş: