Azərbaycanlı müğənni Moskvada sevgilisini səhnəyə çıxardı: "Səninlə qalıram"
Tarix: 6-11-2019, 09:09



Azərbaycanlı müğənni Emil Qədirov Moskvada Aleksandr Qradski teatrında solo-konsertlə çıxış edib. Sputnik Azərbaycan bildirir ki, o, konsertdə sevgilisi, Voronej Dövlət Opera və Balet Teatrının solisti Anastasiya Çernovolosla duet oxuyub.
Onlar birlikdə məşhur "Con te partiro" ("Səninlə qalıram") mahnısını ifa ediblər.
Qədirov tamaşaçılara yeni, "İtaliya" adlı proqram təqdim edib. Buraya İtaliya musiqisinin şah əsərləri daxildir.
Emil Qədirov "Romansiada-2012" gənc rus romans ifaçılarının XVI Moskva Beynəlxalq Müsabiqəsinin seçmə mərhələsinin, Klavdiya Şuljenko (Xarkov) adına Beynəlxalq Müsabiqənin laureatıdır.
O, həmçinin klassik gitara ifaçıları və gitara ansambllarının səkkizinci Belqorod beynəlxalq müsabiqəsinin birinci dərəcəsinin, "Zakarpatye Edelveysi" və "Qara dəniz" Qran-prilərinin qalibidir.


Paylaş: